“Ermənistanın Qarabağdakı silahlılarının törətdiyi təxribatlar fonunda bəzi ərazilərdə preventiv, bəzi ərazilərdə isə qəti tədbirlərin həyata keçirilməsi istisna edilmir”.Bu sözləri hərbi ekspert Ədalət Verdiyev AzVision.az -a açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın diqqətdə saxlamalı oluğu əsas məsələlərdən biri rus kontingentin Qarabağa helikopterlə daşıdıqları yüklərə nəzarət mexanizmini işə salmaqdan ibarətdir.- Rus kontingenti ərazilərimizə silah, sursat, texnilka, mina daşınmasına və yerləşdirilməsinə mane olmayıb. Əksinə, erməni silahlılarının təminat və təchizatında “üzüyola kuryer” vəzifəsini məmnuniyyətlə yerinə yetiriblər. Bu halda helikopter daşınmalarının Azərbaycanın maraqlarına və şərtlərinə uyğun şəkildə həyata keçiriləcəyinə əmin ola bilmərik,- ekspert vurğulayıb.Mənbə: azvision.az